Bir ailənin olduğu "Mercedes" yük maşınına belə dəydi - Ölən və yaralılar var - FOTO
Avtosfer Foto
18 May 2021 09:20

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib. Qəza zamanı daha 3 nəfər - Tovuz rayon sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
08:08
Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 6698
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ














