London taksilərinə "badımcan" deməyin, onları bir də belə görün - FOTO
London taksiləri furqona çevirdilər. Adını badımcan qoyandan sonra rəngini dəyişsələr də, hətta elektrik mühərrikə çevirsələr belə statuusunu itirməyən bu taksilər artıq tam başqa bir formada qarşımıza çıxacaq.
Avtosfer.az bildirir ki, pandemiya müddəti ərzində kemperlərə olan tələbatın artdığını görən istehsalçı öz model xəttini bu cür versiya ilə zənginləşdirməyə qərar verib. «LEVC e-Camper» elektrikləşdirilmiş güc qurğusuna malik olan VN5 modelinə əsaslanır. Yaradıcılarının bildirdiyinə görə kemper elektrik ötürməsi ilə 98 kilometr məsafə qət edə bilər. Benzin mühərrikinin işə qoşulması ilə bu məsafə 489 kilometra qədər artacaqdır. Hibrid güc qurğusu kemper sahibinə sıfır tullantı səviyyəsi tələb olunan rayonlarda hərəkət etmək imkanı verir. Kempinq imkanlarına gəldikdə isə avtomobil dörd nəfəri qəbul edə bilər: iki nəfər damın altında yerləşən ikiyerli yataqda, digər iki nəfər isə açılan divanda gecələyə bilər.
Əlbəttə, salonda bahalı avadanlıq və qabaqcıl texnologiyalar olmasa da, nahar etmək və ya işləmək üçün qatlanan masa, habelə elektrik plitəsi olan mini-mətbəx var. Kemperin kompyüter təsvirləri şəklində mövcud olmasına baxmayaraq, istehsalçı hazır avtomobillərin sifarişçilərə çatdırılmasının bu ilin dördüncü rübündə mümkün olacağını bildirib. LEVC e-Camper modelini almaqda maraqlı olan şəxslər artıq avtomobili behləmək, habelə onun rəngini və disklərini seçmək imkanına malikdirlər. Kemperin qiyməti 62.250 funq sterlinqdən, yəni təxminən 146.269 manatdan başlayır.
Aysel