Prezident tıxaclarla mübarizəyə ordunu cəlb etmək istəyir - FOTO

Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çizekedi tıxaclarla mübarizə üçün orijinal təklif irəli sürüb.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı paytaxt Kinşasada hərəkəti nizamlamaq üçün yol patrulu işinə hərbçiləri də cəlb etmək istəyir. 17 milyon nəfər əhalisi olan paytaxt Kinşadada sutka ərzində hökm sürən nəqliyyat xaosu (bunu tıxac və ya sıxlıq adlandırmaq doğru olmaz – müəl.) ölkənin iqtisadi inkişafına ciddi zərbə vurur. Çizekedi bu vəziyyəti dözülməz adlandırıb.
Yerli əhali və ekspertlər problemin bu yolla həllini real saymır. Başlıca səbəb ictimai nəqliyyatın demək olar yoxluğudur. Daşımaların mütləq əksəriyyəti mikroavtobuslar (fula fula) və mototaksilərlə (veva) həyata keçirilir. Sürücü intizamından danışmağa isə ümumiyyətlə dəyməz.
Bu ölkəyə turist kimi səfər etdiyim üçün deyə bilərəm ki, Kinşasadakı xaosu azərbaycanlı oxucuya sözlə izah etmək mümkün deyil. Gündüz bir qədər qayda-qanun olsa da, axşam saatlarında maşınlar obrazlı desək, bir-birinə girir. Azərbaycanda istənilən sürücü sayrışan işıq yandıran polis avtomobilinə yol verir. Kinşasada isə operativ nəqliyyat vasitələrini də sayan yoxdur. Hava qaraldıqdan sonra demək olar heç kim öz zolağı ilə hərəkət etmir.
Vüqar Yaşaroğlu
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR















