"Qurtuluş-93"ün rəhbərinin həyat yoldaşı "Galenvagen"lə qəzaya düşdü - Yaralılar var - FOTO - YENİLƏNİB

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol nəqliyyat hadisəsi "Mercedes" markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib. Belə ki, "Mercedes" yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman "Nissan" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Mercedes" idarəetməni itirərək qarşıdan gələn "Gelandewagen" markalı avtomobilə çırpılıb. Nəticədə "Nissan" markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb.
***
Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib. Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.
Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.
Xatırladaq ki, ötən ay Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyev də sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover"la Novxanı-Sumqayıt yolunda qəza törətmiş və 4 nəfərin ölümünə səbəb olmuşdu. E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR











