Tikinti şirkəti BNA-nın avadanlığını dağıtdı, sərnişin və sürücülər problem yaşadı - FOTO

Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə aid çox funksiyalı paylayıcı qutu zədələnərək tam yararsız hala salınıb. “Nərimanov ESTATE” tikinti şirkəti nəqliyyat axınının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edən avadanlığı qeyri-qanuni olaraq tikinti sahəsinə daxil edərək çəpərləyib. Üzərində avadanlığın Bakı Nəqliyyat Agentliyinə məxsus olması və onun zədələnməməsi barədə xəbərdarlıq olmasına baxmayaraq tikinti şirkəti buna məhəl qoymayıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
23.06.2021 tarixində isə “Nərimanov ESTATE” şirkəti tərəfindən tikinti sahəsində aparılan iş zamanı idarəetmə lövhəsini dağıdıb. Tikinti şirkətinin məsuliyyətsiz və qanuna zidd əməli nəticəsində Təbriz küçəsi və ətraf ərazilərdə ümumilikdə sahə avadanlıqlarının işində o cümlədən iki yol ayrıclarında svetoforda, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı “BakıKart” ödəmə terminallarının işi tamamilə dayanıb. Təəssüflə bildiririk ki, yol ayrıcından svetoforun işləməməsi səbəbindən Təbriz-Əhmədbəy Ağaoğlu küçlərinin kəsişməsində yol nəqliyyat hadisəsi də qeydə alınıb.
Qeyd olunan məsələylə bağlı hüquqi addımların atılmasına başlanılıb. Müvafiq aktlar tərtib olunaraq digər zəruri sənədlərlə birgə hüquq mühafizə oqranlarına təqdim olunacaq.
Bu cür halların mütəmadi olaraq baş verdiyini nəzərə alaraq bir daha bildiririk ki, hüquqi və fiziki şəxslər dövlət əmlakı hesab edilən ən əsası isə hərəkətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahə avadanlıqlarına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Bu cür avadanlıqların əhəmiyyətinin nəzərə alınmadığı kiçik bir nüans sonda yüzlərlə insanın lüzumsuz yerə əziyyət çəkməsinə hətta həyatlarının təhlükə altına düşməsinə səbəb olur.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










