Uzun səyahətlər üçün dünyanın ən yaxşı 5 avtomobili - FOTO

Avtosfer.az xarici mətbuata istinadən avtomobil dünyasına aid maraqlı beşliyi sizə təqdim edir. Bu avtomobillər uzun yollarda sizi yarı yolda qoymaz.
“Mercedes-Benz S560 Cabriolet”

“S-Class Cabriolet” rahat bir salondan daha çox şeyə sahibdir, o, sanki dəriyə bürünmüş isti bir vannadır. Səyahət zamanı avotomobilin damını endirə bilərsiniz, çünki, ağıllı havalandırma sistemi sayəsində başınızın arxası hələ də isti qalacaq. Buna görə istənilən havada özünü avtomobildə rahat hiss edəcəksiz.
Oturacaqlar çox rahatdır, döngələrdə oturacağınız də sizinlə birgə hərəkət edir. Çünki,dönmə zamanı S-Class-ın oturacaq yastıqları yerinizdən tərpənməyəsiz deyə anında şişir. İstifadə olunmuş V8 S560 mühərriki də səyahət üçün ideal bir şeydir. Elastik pnevmatik asqı sayəsində maşının arxa tərəfi çirkdən və asfaltdan gələn xırda zədələrin təsirlərdən qorunur.
“Porsche 911 GT3 RS “

“Mercedes”-də siz özünüzü isti bir hamamda oturmuş kimi hiss edirdizsə, ”GT3 RS” sanki, qızğın məşqdən sonra soyuq bir duş kimidir. Bu ən lüks avtomobil olmasa da, istehsalçı salonda sürücünü yoldan yayındıracaq heç bir şey qoymayıb.
Sükan, ön şüşə və digərlər hissələr yarış avtomobillərindən alınıb. Altı silindrli mühərrik 9000 dövrə elə qəzəblə qalxır ki, sanki, beynin yarım saniyə geridə qalır. Siz Toskaniyanın ətəklərinə çatana qədər bircə səs-küyə və minimalist salona dözməli olacaqsınız. Amma belə səyahət üçün bundan yaşxı avotombil tapa bilməzsiniz. Nirvana sizi gözləyir, ancaq sərnişinləri evdə qoyun.çünki, avtomobildə onlara yer yoxdu.
“Ferrari Portofino”
.jpg)
Əgər siz həm sport tipli avtomobil, həm də rahat salon istəyirsizsə, onda “Ferrari Portofino” sizə lazım olan maşındır.
Avtomobillə yanaşı siz həm də yaxşı baqaj yeri əldə edirsiniz. Arxa oturacaqları aşağı çevirib “Ferrari” mühərriki ilə hamını çox tez geridə qoya bilərsiz. Əgər maşın idarə edərkən istirahət etmək istəyirsinizsə, "kələ-kötür yol" düyməsini basıb səyahətinizə tam komfortla davam edə bilərsiz.
“Bentley Continental GT Convertible “

“Bentley Continental GT Convertible“ üstü açıq bir versiyadır. Bu avtomobil bütov bir qitəni yorulmadan qət etmək üçün hazırlanıb. Avtomobilin salonu möhtəşəm detallarla doludur: fırlana bilən orta ekran, 12,3 düymlük əyləncə ekranı və taxta, eksklüziv panel.
“Rolls-Royce Dawn”

Əgər uzun məsafələrə səyahət etmək üçün mütləq kabriolet istəyirsizsə, o zaman ehtiyacınız olan yalnız “Rolls-Royce Dawn”-dur.
O, sakit 6.6 litrlik V12 mühərrikinə malikdir. Hesab edilir ki, “Rolls-Royce Dawn” dünyanın ən səssiz kabrioletidir. Beləliklə, tələsmədən təyinat nöqtənizə çatmaq istəyirsinizsə, bu sizin üçün mükəmməl bir vasitədir. Uzun yolda arxa oturacaq sərnişinləri tam rahatlığa qərq edəcək.
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











