Volvo Cars post-pandemiya dövründə satışlarını açıqladı - FOTO
İsveçin “Volvo Cars” şirkəti ardıcıl onuncu aydır ki, satışlarını yüksələn xətt üzrə inkişaf etdirməkdə davam edir. Keçən ilin bu dövrü ilə nisbətdə bu ilin aprel ayında satış həcmi 97.5 % artmışdır. Qeyd olunan artım post-pandemiya dövründə ABŞ və Avropa bazarında özünü daha çox göstərib.
2021-ci ilin ilk 4 ayını ümumi götürdükdə, şirkət 248 422 avtomobilin satışını reallaşdırıb.
“Volvo”-nun Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, post-pandemiya dövründə Azərbaycan bazarında da artım qeydə alınıb. Belə ki, keçən ilin bu dövrü ilə müqayisədə satışların həcmi 31.25% artmışdır. Bu ilin sonuna kimi isə, tam elektrikli avtomobillərin Azərbaycan bazarına daxil olması da planlaşdırılır və nəzərə alsaq ki, ölkəmizdə elektrikli mühərriklərə maraq kifayət qədərdir, bu proses təhlükəsizlik və qənaətcillik simvolu olan “Volvo”-nun Azərbaycan bazarında yerini bir qədər də möhkəmləndirəcək.
Daha bir maraqlı məqam isə əvvəlki illərlə müqayisədə XC60 modelinin bu il XC90 modelinə nisbətən daha çox satılmasıdır. Bu modellərin satış ümumi payın 38.1%-ni təşkil edir.
Qeyd edək ki, İsveçin “Volvo Cars” şirkətinin Azərbaycanda yeganə rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR












