"Zapı"nın görmədiyiniz 10 modeli - FOTO
"Zaparojest" avtomobilinin 10 verisyasının olduğunu bilən çox guman ki, azdır.
Elə buna görə də Avtosfer.az sizə bu avtomobilin maraqlı keçmişini təqdim edir.
"Zaparojest"in istehsal edib, lakin satışa çıxarılmayan avtomobillərindən biri «ZAZ-965S»-dir. 1962-ci ildə bu avtomobil poçtaları paylamaq üçün yaradılıb. 150 kq yük daşıya bilən «ZAZ-965S»in sürücüsü - poçtalyon tez-tez avomobildən enməsin deyə onun sükanı sağda yerləşdirilib.
2-ci versiya olan «ZAZ-965P» avtomobili zavod ehtiyaclarını daşıması üçün yaradılıb. Bu pikap da satışa çıxarılmayıb. İşçilər zavodun içində yükün daşınması üçün bu avtomobili hazırlayıb. Bunun üçün «ZAZ-965» minik avtomobilinin arxa hissəsini kəsərək yaranan boşluğu yük anbarına çevriblər.
Nöbəti «ZAZ-968MP» isə sadəcə koorperativlər üçün hazırlanıb. Bu versiya böyük marağa səbəb olduğu üçün 1992-1994-cü illərdə təxminən 2500 nüsxəsi istehsal edilib. Hal-hazırda kolleksionerlər bu avtomobilin izindədir.
«ZAZ-965E» və «965AE» modeli artıq xaricilər üçün istehsal edilməyə başlanıb. Yalnız sosialist ölkələrə deyil, Finlandiya, Danimarka və hətta İsveçrəyə də satılılıb.
«ZAZ-966E Elliette» modeli isə «qulaqlı" ləqəbi ilə tanınıb. Daha sonra ikinci nəsil «ZAZ-966V» modelini buraxaraq ixracatı artıracağına ümid edən zavod işçiləri «Jalta 1000»in versiyasını hazırlayaraq xaricdə də nümayiş etdiriblər. Model 0.956 litrə bərabər işləyən maye soyuducu «Renault» mühərriki ilə təchiz olunub.
«ZAZ-968ME» Avropadakı son ukraynalı adlandılıb. 1980-ci illərin əvvəllərində yüksək mühərrikə sahib olan, iki kameralı bir karbüratörlü, fərqli hava filtri və təkərləri olan yeni versiya sınaqdan keçirilib. Mühərrikin gücü 50 at gücünə qədər inkişaf etdirilib. Bu verisyadan da cəmi 50 ədəd ixrac edilib.
«ZAZ-970» isə bir növ yük avtomobili hesab edilib. Güc bloku və əsas elementləri «ZAZ-966»-dan götürülən bu avtomobil 27 at gücünə sahib olub.
Ümumilikdə, zavod bu tipdə altı avtomobil düzəldib: 400 kq yük daşıya bilən yük maşını, 350 kq-lıq yük maşını və yeddi nəfərlik salonu, qatlanan oturacaqları olan digər bir avtomobil. Bu model dünyada birincilərdən biri olub.
«ZAZ-971D» bir yolsuzluq avtomobili idi. Tentlə örtülü gövdəsi, geri çəkilə bilən şüşə və qısaldılmış şassisi olan bu yolsuzluq avtomobili hərbiçilər üçüb hazırlansa da, onları marağanına səbəb olmayıb.
«ZAZ-969V» ön ötürücülü ilk model olub. Lutsk Maşınqayırma Zavodunda istehsal olunmağa başlayan bu modelin adı «LuAZ» olaraq dəyişdirilib.
«ZAZ-969V» həm də SSRİ-də ilk ön ötürücülü avtomobil olub.