4 yaşlı uşaq yük maşınının altında qaldı – VİDEO

Türkiyənin Diyarbəkir vilayətində 4 yaşlı uşaq yük maşınının altında qalıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, Elazığ Bulvarı Seyrantəpə qovşağında adı məlum olmayan qadın, əlindən tutduğu oğlu Məhəmməd Yasin Barut ilə dayanan nəqliyyat vasitələrinin arası ilə yolu keçmək istəyib.
Bu arada, sürücü qarşısındakı nəqliyyat vasitələrinin hərəkət etməsi ilə, yük maşınını hərəkətə gətirib. Bu səbədən 4 yaşlı Məhəmməd Yasin yük maşınının təkəri altında qalıb.
Qadının fəryadını eşidən ətrafdakı insanlar, onun köməyinə gəlib. Yük maşınının altından çıxarılan Məhəmməd Yasin, çağırılan təcili tibbi yardım maşını ilə Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb. İlkin müdaxilədən sonra vəziyyəti ağır olan Məhəmməd Diclə Universitetinin Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib.
Yük maşınının sürücüsü isə polis əməkdaşları tərəfində həbs edilib.
Baş verən qəza anı isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Avtosfer.az DHA-ya istinadən hadisənin videosunu təqdim edir:
Namiq
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












