Avtobloqer Hacı Hacıyev saxlanıldı; drift edən zaman ... - VİDEO

Rusiyada drift zamanı bir neçə nəfəri vuran avtobloqer Hacı Hacıyev saxlanılıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 16-da axşam saatlarında Moskva yaxınlığındakı Odintsovoda baş verib.
Məlumata görə, avtobloqer idarə etdiyi ağ rəngli “BMW” ilə drift etdiyi zaman, ətrafda onu izləyən tamaşaçıların içərisinə dalaraq bir neçə nəfəri, o cümlədən uşaq arabası ilə dayanmış qadını vurub.
Hadisə nəticəsində qadın və onun kiçik oğlu xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, qəzadan sonra Hacıyev hadisəni törədmədiyini deyib. Buna baxmayaraq, o, noyabrın 26-da saxlanılıb.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb: yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və nəqliyyat vasitələrinin təhlükəsiz istismarını təhdid edən hərəkətlər.
Namiq Musayev
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO












