Azərbaycan- Gürcüstan sərhədində gücləndirilimiş iş rejimi tətbiq edilib - SƏBƏB - VİDEO
Gürcüstanda qeydə alınan "donuz qripi" virusu ilə əlaqədar Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyat vasitələri Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən dezinfeksiya olunduqdan sonra ölkəyə buraxılır. Hərarəti olan vətəndaşlar isə tibb məntəqələrinə yönləndirilir.
Avtosfer.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, xususi geyimlərdən istifadə olunmaqla ölkəyə gələn avtomobillər dezinfeksiya olunur, şübhəli şəxslər xüsusi aparatlarla müəyyən edilir.
Gürcüstanda yayılan "A-H1N1"- "donuz qripi" virusu təhlükəsi ilə əlaqədər "Sınıq Körpü" gömrük sərhəd- buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.
Dövlət Gömrük Komitəsinin əməkdaşları xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələrini, xüsusilə də şinləri müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər.
Bundan sonra avtomobillər yaşıl xəttə daxil ola bilirlər.
Aparılan profilaktik tədbirləri vətəndaşlar və turistlər məmnuniyyətlə qarşılayır.
İstər "donuz qripi", istərsə də "quş qripi"nin əsas əlamətləri qızdırma simptomudur. Buna görə də bütün sərhəd-keçid məntəqələri artıq bir neçə ildir ki, lazımi termoqurğularla təchiz olunub. Hərarəti olan şəxslər bu cihazların köməkliyi ilə müəyyən edilir.
Dövlət Gömrük Komitəsi əməkdaşları dezinfeksiya işləri ilə əlaqədar digər qurumlarla da əməkdaşlıq edir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












