Bakıda avtobusun iştirakı ilə dəhşətli qəza baş verdi - Ölən var - VİDEO
Bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.
***
Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlu xəbər verir ki, yol qəzası Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Bildirilir ki, “Toyota” markalı avtomobil qəzaya uğrayıb. Avtomobil "BakuBus" avtobusu ilə toqquşub. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərə isə heç nə olmayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, minik maşını yüksək sürətlə hərəkət edərək "BakuBus" avtobusuna çırpılıb.
Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















