Bakıda piyadalar qayda pozdu, əvəzində sürücü cərimələndi - VİDEO

Bakıda qayda pozmayan sürücü kamera vasitəsilə cərimələnib. Bu barədə sürücü Xəqani Gülmməmədov Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. Sürücü bildirir ki, idarə etdiyi 99-GU-279 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə avqustun 25-də paytaxtın Qara Qarayev prospektində hərəkət edərkən həmin ərazidə olan kamera vasitəsilə 50 manat məbləğində cərimələnib. Qayda pozmadığını bildirən sürücü elektron kabinetinə baxış keçirərkən məlum olub ki, onun barəsində tərtib edilmiş qərar piyada keçidində dayanmış piyadalara görə olub: "Videogörüntüdən də aydın şəkildə görünür ki, iki piyada nizamlanmayan keçidə daxil olur və daxil olduqları istiqamət boş olsa da dayanaraq su içir və sonra söhbət etməyə başlayırlar. Onların yolu keçməyə cəhd göstərmədiyini görən sürücülər, o cümlədən də mən dayanmadan yolumuza davam etdik. Daha sonra keçməyə cəhd göstərərkən ən sonuncu maşın dayanaraq onlara yol verir. Əgər mən keçidə yaxınlaşarkən onların yolu keçməyə cəhd etdiyini görsəydim dayanıb mütləq yol verəcəkdim. Dayanmış piyadaların hərəkət sürətini və hərəkət istiqamətini dəyişmədiyim üçün barəmdə tərtib edilmiş qərarı düzgün hesab etmirəm".
Avtosfer.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsində qeyd olunub ki, sürücü tərəfindən piyadalara “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Elektron qərara əlavə edilmiş görüntüdən aydın şəkildə görünür ki, cərimələnən sürücü piyadaların nə hərəkət sürətini, nə də hərəkət istiqamətini dəyişdirməyə məcbur etməyib. Hətta "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsində qeyd olunub ki, piyadalar yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır.
X.Gülməmmədov Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən tərtib edilmiş qərarın xitam olunmasını xahiş edir.
Nərminə Əli
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO













