Bakıda "qoçuluq" edən "Niva"lar cərimə meydançasında - FOTO - VİDEO

Bir müddət öncə Avtosfer.az portalında 10 NJ 666 və 02 BP 212 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillərin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı ünvanlanmış şikayət məktub əsasında yazı dərc edilmişdi.
Xatırladaq ki, 10 NJ 666 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vaqif küçəsində qanunla qadağan edilən çox avazlı səs siqnallarında istifadə edib, manevr qaydalarını pozaraq hərəkətin digər iştirakçılarına maneə yaratmışdı.
Eyni zamanda 02 BP 212 dövlət nömrə nişanlı "Niva" avtomobilinin sürücüsü sükan arxasında spirtili içki qəbul edərək avtomobili sürməsi, həmçinin Rüstəm Rüstəmov küçəsində manevr qaydalarının pozulması və bununla yanaşı sosial şəbəkədə sürücünün digər küçə və prospektlərdə avtoxuliqanlıq əməllərinin video sübutu barəsində paylaşımlar olmuşdu. Araşdırma zamanı avtomobilin sürücüsü Saməddin adlı şəxsin avtomobili sənədsiz idarə etməsi faktı da aşkara çıxıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yuxarıda qeyd edilən nəqliyyat vasitələri Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib və barələrində ciddi tədbir görülüb.
Avtosfer az portalı olaraq araşdırmanın nəticəsində nəqliyyat vasitələrinin duracaqda olan şəkillərini diqqətinizə çatdırırıq.
Həmçinin DYP rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına edilən şikayətə reaksiya verib, sürücülər barəsində operativ və ciddi tədbir gördüyü üçün təşəkkürümüzü bildiririk.
Rüstəm Cəfərov
Kənan Dalğa
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO

















