Bibiheybət məscidinin qarşısında ağır qəza; qoşa xətti kəsmək istədi və... - VİDEO

Səbail rayonu, Səlyan yolu şossesində, Bibiheybət məscidinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri məscidin ətrafında quraşdırılmış kameralar vasitəsilə qeydə alınıb. Görüntüdən aydın olur ki, Bibiheybət məscidinin qarşısı ilə üzü şəhər istiqamətində hərəkətdə olan boz rəngli avtomobilin sürücüsü məsuliyyətsizlik edərək qəflətən sola – 20-ci sahəyə manevr etməyə çalışır. Qoşa xəttin tələbini pozan sürücü sağ tərəfdən yaxınlaşan nəqliyyat vasitəsinə əhəmiyyət verməyərək təhlükəli manevr edir və ağır yol-nəqliyyat hadisəsi baş verir.
Qeyd edək ki, həmin ərazidə, xüsusən 20-ci sahə ərazisində yaşayan sakinlər tərəfindən qayda pozuntularına tez-tez yol verilir. Onlar yolunu qısaltmaq üçün bu addımı atırlar, çünki həmin yoldan dönməsələr Su İdman Sarayının yanına qədər hərəkət etməlidirlər. Oradan isə geriyə dönərək 20-ci sahəyə daxil ola bilərlər. Bu isə görünür bəzi sürücülərin vaxt itkisinə səbəb olur deyə onlar başqalarından “ağıllı” çıxıb belə qayda pozuntularına yol verirlər. Düzdü qəza hər zaman baş vermir, amma bu videodan da göründüyü kimi baş verəndə də artıq gec olur. Həmin qəzanın görüntülərini təqdim edirik:
Nərminə Əli
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO












