Bu da avtoş taksi sürücüsü - 074 - VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ötən həftənin şənbə günü Bakıda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər. Avtosfer.az xəbər verir ki, tədbir zamanı Bakıxanov küçəsində "VAZ-2107" markalı, 10 MX 074 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü işıq siqnallarını yandırmadan gecə saatlarında hərəkət etdiyi üçün təhlükə yaradıb. YPX əməkdaşları ona saxla işarəsi verib. Səməd Vurğun küçəsinə döndükdən sonra dayanan avtomobildə konstruksiya dəyişikliyi aşkarlanıb. Arxa yayların kəsildiyi müşahidə olunub.
Eyni zamanda avtomobilin yük yerinə baxış zamanı orada daş parçaları aşkarlanıb. Sürücü həmin daşları evə apardığını desə də sonradan etiraf edib ki, nəqliyyat vasitəsinin on tərəfinin bir qədər hündür görünməsi məqsədilə bu addımı atib. YPX əməkdaşları həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edərək nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasını təmin ediblər.
Qeyd edək ki, son vaxtlar bəzi sürücülər bu cür hallara yol verirlər. Onlar avtomobilin yük yerinə ağır ləvazimatlar yığaraq nəqliyyat vasitəsinin görünüşünü dəyişməyə çalışırlar. Doğrudur bu hər hansı məsuliyyət yaratmasa da videoya da baxanda eybəcər mənzərənin şahidi oluruq. Videonu təqdim edirik:
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















