Bu küçədə "protiv" getmək adətdir: yol polisi və kamera olmayanda - VİDEO - FOTO
Paytaxtın Şah İsmayıl Xətai küçəsində mövcud bir neçə problem var. Bu da daimi tıxaca səbəb olur. Xüsusilə də Təhsil Nazirliyinin qarşısında olan tıxac problemi həllini tapmır. Belə ki, burada kəsişən küçələrdə işıqforun işığının yanma saniyəsi azdır. Eyni zamanda sürücülər də çıxıb yolun ortasında dayanır. Bununla da əsas yolu bağlayırlar.
Ən maraqlısı isə bundan sonra baş verir. Tıxacda qalmaq istəməyən bəzi "ağıllı" sürücülər isə qarşı yola çıxırlar. Bununla da tıxacın müddətini daha da artırırlar.
Elə Avtosfer.az-ın əməkdaşı təkcə bu gün 15 saniyə ərzində iki qayda pozan sürücünü qeydə alıb. Belə ki, 99 NE 029 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əvvəlcə qarşı yola çıxır, daha sonra isə işıqforun qırmızı işığında keçir.
Daha bir avtomobil isə yenə qarşı yola çıxaraq təhlükə yaradır. 90 ZJ 500 dövlət nömrə nişanlı avtomobilin sürücüsü də özünü digərlərindən üstün bilənlərdəndir. Ümid edirik ki, yol polisi adıçəkilən ərazidə kamera müşahidəsini artıracaq, orada YPX əməkdaşı xidmət aparacaqlar.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












