"Ərik arağı" içərək yola çıxan avtobus sürücüsü saxlanıldı - FOTO - VİDEO
Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımının əməkdaşları Hənifə Ələsgərov və Azadlıq prospektinin kəsişməsində 90 VX 692 dövlət npmrə nişanlı, 83 nömrəli avtobusa saxla işarəsi veriblər. Lakin sürücü tabe olmayaraq hətta marşurutdan da çıxıb. YPX əməkdaşları avtobusu nəhayət saxlayıblar. Lakin sürücü avtobusdan düşərək qaçmağa çalışıb. Polislər onu saxlayaraq geri qaytardıqda əvvəlcə sərnişinlər buna etiraz edib. Amma avtobusun sürücüsü Hətəmov Təbib Sədayət oğlunun hərəkətləri şübhə doğurduğu üçün onu tibbi müayinəyə dəvət ediblər. Müayinə zamanı sürücünün 2.5 promil sərxoş vəziyyətdə olduğu aşkar edilib. Bundan sonra sərnişinlər onu tənbeh edərək avtobusu tərk ediblər.
Sürücü bildirib ki, gecə saat 1 radələrində sipirtli içki qəbul edib. O, ərik arağı içdiyini etiraf edib. Avtobusu isə qarajda yox, Beynəlxalq Avtovağzal ərazisində saxladığını, səhər tezdən isə tibbi müayinədən keçmədən işə çıxdığını bildirib.
Faktla bağlı araşdırma aparılıb, sürücü barəsində inzibati protokol tərtib edilib.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












































