Gecə vaxtı qırmızı işıqda dayanmaq qadağandır? - VİDEO
Oxucularımızdan biri Avtosfer.az portalına 4 mart saat 23:51 radələrində, 90 PX 689 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsünün ardıcıl iki dəfə svetoforun qırmızı işığında hərəkəti davam etdirməsi ilə bağlı videogörüntü göndərib.
Sürücü əvvəlcə Azadlıq prospekti ilə Dilarə Əliyeva, daha sonra isə Nizami küçələrinin kəsişməsində işıqforun qırmızı işığında hərəkəti davam etdirir.
Xatırladaq ki, qayda pozuntuları ayrı-ayrı küçələrdə və aralarında zaman fasiləsi olmaqla baş verdiyi üçün hər iki hal üçün ayrıca protokol tərtib olunmalıdır. Amma sanki sürücü əmindir ki, DYP əməkdaşları onun bu hərəkətini görsə belə ona protokol yazılmayacaq. Videogörüntü sosial şəbəkədə paylaşılandan sonra izləyicilərdən bəziləri sürücünün YPX əməkdaşı olduğunu bildirib.
Ümid edirik ki, DYP rəsmiləri tezliklə sürücünün kimliyini müəyyən edib ona protokollar yazılmasını təmin edəcək.
Avtosfer.az görüntüləri təqdim edir.
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












