Müəllim ailəsi nümunəvi vətənpərvər addım atdı - VİDEO
Bu xəbərimiz Qazaxda yaşayan bir müəllim ailəsindən bəhs edir. Bu ailənin üzvləri öz təşəbbüsləri və daxili imkanları hesabına Azərbaycan həqiqətləri ilə bağlı videolar hazırlayıb sosial şəbəkələrdə yayırlar. Maraqlıdır ki, onlar bu rolikləri Fransız dilində hazırlayırlar və bu işə tələbələrini də cəlb edirlər.
Avtosfer.az xəbər verir ki, Qazaxın Kosalar kəndində yaşayan müəllim ailəsi 20 yanvar faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün maraqlı addım atıb. Onlar xalqımızın azadlığı uğrunda apardığı mübarizə və bu yolda canlarını fəda etmiş şəhidlərimiz haqqında video çəkərək, sosial şəbəkələr və video portallar vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
Videoda faciə haqqında məlumatları şagirdlər fransız dilində təqdim edirlər. Bu da məlumatların fransızdilli əcnəbilər tərəfindən daha rahat anlamalarına kömək edir.
Tələbbüskar ailə dərsdən sonra şagirdləri evə dəvət edib, faciə ilə bağlı onları daha dolğun məlumatlandırır. Bundan sonra evdə quraşdırılan yüksək keyfiyyətli kamera və xromokeydən istifadə olunmaqla videolar ərsəyə gətirilir.
İndiyədək bu məzmunda bir neçə video material hazırlayan ailə bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












