"Protiv" sürən "AA" seriyalı avtomobilin sürücüsü cərimələndi - VİDEO

Yanvarın 22-də Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət etmişdi. Digər sürücülər işıqforda gözlədiyi halda sözügedən avtomobil əks yola çıxaraq hərəkətini davam etdirirdi.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasına məxsus olan bu avtomobil “protiv” sürməyə adət edibmiş. Belə ki, ötən ilin may ayının 18-də də eyni yerdə sözügedən avtomobilin sürücüsü qarşı yola çıxaraq hərəkətdə olub. Bu barədə Avtosfer.az məlumat da yaymışdı.
Sürücü həmin vaxtı uzaq işıqlardan və avtomobilin ön hissəsinə qanunsuz quraşdırılmış sayrışan işıqlardan istifadə edərək qarşıdan gələn sürücülərə təhlükə yaradıb. Sözügedən avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozan zaman 99-YP-390 qeydiyyat nişanlı YPX avtomobilinin yanından keçib. Lakin həmin əməkdaşlar kobud qayda pozan sürücünü dayandırmayaraq onun pozduğu qaydaya göz yumublar.
Amma vətəndaşın şikayəti əsasında artıq sürücü barədə inzibati qaydada protokol tərtib edilib və o, cərimələnib. Sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən protokol tərtib olunub.
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













