Qayda pozan sürücülər: "protiv" gedən, qırımızıdan keçən, yol kəsən... - VİDEO
Bakıda qayda pozan sürücülər vətəndaşlar tərəfindən qeydi alınıb. Avtosfer.az-a təqdim olunan videolarda 5 sürücü qaydanı kobud şəkildə pozur. Belə ki, Həzi Aslanov meteostansiyanın ətrafında qeydə alınmış görüntülərdə 99 RH 433 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobil baş yolda hərəkət edən sürücünün qarşısına çıxır. Yol ver işarəsinin tələbini pozaraq yol ayrıcına düzgün daxil olmur. Nəticədə qəza şəraiti yaradır.
Digər görüntüdə 10 KE 005 dövlət nömrə nişanlı, “Prado” markalı avtomobil qoşa xəttin tələbini pozaraq əks yola çıxaraq hərəkətini davam etdirir.
Görüntülərdə iki avtomobil qırımız işığın tələbini pozur. Belə ki, digər sürücülər işıqforda gözlədiyi halda 19 BE 917 dövlət nömrə nişanlı, VAZ 2104 markalı və 10 OD 553 dövlət nömrə nişanlı, “Tofaş Şahin” markalı avtomobillərin sürücüləri işıqforun qadağanedici nişanının tələblərini pozurlar.
Son olaraq isə 99 SX 329 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobilin sürücüsü digər avtomobilin qabağına çıxaraq hərəkət zolaqları üzrə manevr qaydalarını pozur. Görüntülərdən də aydın olur ki, avtomobilin sol tərəfi bu cür hərəkətə adət etdiyi üçün vurulub. Görüntüləri təqdim edirik. Ümid edirik ki, yol polisi və kameraların nəzarətindən qaçan bu görüntülərdə qayda pozan sürücülər aşkarlanaraq cəzalandırılacaq.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












