Qayda pozan sürücülər: siz də onları tanıyın - VİDEO

20 fevral tarixində 08:41-08:53 radələrində Azadlıq prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozub tam olaraq əks istiqamətə çıxmaqla hərəkət axınının əksinə hərəkət edən 3 sürücü Avtosfer.az-ın kameralarına düşüb.
Əvvəlcə 165 saylı marşrut xətti ilə sərnişindaşıma fəaliyyəti göstərən 99 LZ 846 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı, daha sonra isə 10 UE 710 dövlət qeydiyyat nişanlı BMW və 99 SS 969 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüləri eyni hərəkəti təkrarlayırlar.
Xatırladaq ki, hər üç sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən 100 manat və 4 cərimə balı düşür. Bundan əlavə qəzaların böyük qismi əks yola çıxmaları zamanı baş verir və belə halda baş verən qəzalar əksər vaxtlar faciə, insan tələfatı ilə nəticələnir. Xüsusən içi sərnişin ilə dolu avtobus belə qəzaya səbəb olsa faciənin miqyasının daha böyük olacağı qaçınılmazdır. Avtosfer.az görüntüləri təqdim edir.
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












