Qayda pozan taksi sürücüləri - VİDEO

Avtosfer.az saytına göndərilən qayda pozan sürücülərin videolarına baxdıqda, sosial şəbəkələrdəki müzakirələrlə tanış olduqda və öz şəxsi müşahidələrimiz nəticəsində görürük ki, təəssüf ki, əksər taksi sürücüləri yollarda öz nizam-intizamsızlığı ilə yadda qalır. Təbii ki, bu hamıya yox, əksəriyyətinə aiddir. Bu sürücülər min bir əziyyətlə qazandıqları qazancı niyə görə cərimələr ödəməyə razı olurlar axı? Bəzən DYP əməkdaşları da buna səbəb olurlar. Sadə vətəndaşlara nisbətən taksi sürücülərinə nisbətən güzəşt edirlər. Onlar da bu humanist addımdan sui-istifadə edib daha böyük təhlükələr yaradırlar.
Elə təqdim edəcəyimiz iki videogörüntüdə də buna özünü şahid olacaqsınız. 11.01.2019 tarixində 18:27 radələrində Salamzadə küçəsində 90 PJ 379 dövlət qeydiyyat nişanlı "Ravon Nexia" markalı avtomobilin sürücüsü hərəkətin sıx vaxtı zorla iki maşının arasına girmək istəyir. Sürücü dəfələrlə yaxın və uzaq vuran işıqları yandırıb-söndürməklə etiraz etsə də sürücü inadkarlıq edir. Sonra isə məcbur öz zolağına qayıdır ki,bu zaman da arxadan gələn avtomobillərə növbəti təhlükəni yaradır.
Digər sürücünün etdiyi hərəkətləri isə daha təhlükəlidir. Sanki bu sürücü yola çıxarkən ölüb-öldürmək məqsədi ilə çıxıb. 12.01.2019 tarixində 16:24 radələrində Bakı Kənar Dairəvi yolunda 10 FX 134 dövlət qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü ardıcıl iki dəfə tam olaraq əks yola çıxmaqla qarşı yoldan gələnlərin və öz həyatı üçün təhlükə yaradır. Bir anlıq səhv ilə böyük faciələrin olmağı qaçınılmazdır. Ümid edirik ki, DYP rəsmiləri hər iki sürücüyə protokol yazılmasını təmin edəcəklər.
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












