SOCAR-dan narazılıq: Moto sürücülərinə "5 manatlıq" deyib gözlətdilər - VİDEO

Avtosfer TV 28 İyul 2026 18:00
SOCAR-dan narazılıq: Moto sürücülərinə "5 manatlıq" deyib gözlətdilər - VİDEO
WhatsApp kanalımıza abunə olun

Xırdalan yolunda yerləşən "SOCAR" yanacaqdoldurma məntəqəsində xoşagəlməz hadisə baş verib.

Bu barədə Avtosfer.az-ın qaynar xəttinə müraciət edən izləyici hadisənin görüntülərini təqdim edərək bildirib ki, iki motosiklet sürücüsü yanacaqdoldurma məntəqəsinə yaxınlaşaraq boş olan ön yanacaqpaylayıcı qurğunun qarşısında dayanıb. Onun sözlərinə görə, operator əvvəlcə onlara yaxınlaşmayıb və gözləmələrini istəyib.

Kadrlardan da məlum olur ki, motosiklet sürücülərindən biri əməkdaşdan bunun səbəbini soruşduqda, operator “Sizdə 5 manatlıq yanacaqdır, avtomobildə isə 50 manatlıq” cavabını verib.

Şikayətçi məsələ ilə bağlı yanacaqdoldurma məntəqəsinin administratoru ilə əlaqə saxladığını da bildirib. Onun sözlərinə görə, administrator motosiklet sürücülərinin növbəni gözləmədən önə keçdiklərini və əməkdaşın buna görə onlara sərt reaksiya verdiyini deyib.

Lakin izləyici bu iddianı təkzib edərək bildirib ki, motosiklet sürücüləri növbəni pozmayıblar. Onun sözlərinə görə, ön yanacaqpaylayıcı qurğu boş olub. Avtomobil sürücüsü isə ön hissədə dayanmaq əvəzinə arxadakı qurğudan istifadə etdiyi üçün motosiklet sürücüləri boş olan ön hissədə dayanıblar və bununla da arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olmayıblar.

Nərmin

Oxunub : 988
ŞƏRH YAZ
Ad

E-mail

Şərh