“CNews” telekanalı 200 min cərimələndi

Fransanın Audiovizual və Rəqəmsal Kommunikasiya Tənzimləmə Qurumu (Arcom) 2025-ci ildə yayımlanan və nifrətə təşviq xarakteri daşıyan iki proqram epizoduna görə “CNews” telekanalını 200 min avro məbləğində cərimələyib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, qurumun açıqladığı qərara əsasən, sanksiya “CNews”un yol verdiyi pozuntuların xarakteri və miqyası, eləcə də telekanalın oxşar səbəblərlə daha əvvəl cəzalandırılması nəzərə alınaraq tətbiq edilib. Telekanal isə qərardan Fransa Dövlət Şurasına şikayət edəcəyini bildirib.
“Arcom”un iradları 2025-ci ilin iyun və sentyabr aylarında yayımlanan iki verilişlə bağlıdır. Tənqid edilən çıxışlar arasında “Frontieres” media platformasının təsisçisi və “100% Frontieres” proqramının əsas şərhçisi Erik Tenyenin fikirləri xüsusi qeyd olunub.
Birinci proqramda PSJ-nin UEFA Çempionlar Liqasındakı qələbəsindən sonra baş verən iğtişaşlar müzakirə olunarkən, Erik Tenye ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsini immiqrasiya mənşəli şəxslərlə əlaqələndirib və zorakılıq törədənlərin Fransa cəmiyyətinə “qorxutma mesajı” göndərdiyini iddia edib. Həmçinin siyasətçi Erik Zemmurun sosial şəbəkələrdə yayılan videosunun kifayət qədər alternativ mövqe təqdim edilmədən efirə verildiyi bildirilib.
İkinci proqram Belçikanın Molenbek-Sen-Jan bələdiyyəsində hicablı bir qadın deputatın çıxışı ilə bağlı olub. “Arcom” hesab edir ki, veriliş iştirakçıları həmin hadisəni Fransada da baş verdiyi iddia olunan “böyük əvəzlənmə” nəzəriyyəsinin nümunəsi kimi təqdim ediblər. Erik Tenye isə efirdə “İslam fəth dinidir” ifadəsini işlədib.
“Arcom”un qənaətinə görə, hər iki proqram tamaşaçılarda qorxu və rədd hissi yarada, nifrəti və ayrı-seçkilik xarakterli davranışları təşviq edə biləcək məzmun daşıyıb.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO










