Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kobud qayda pozan motosiklet sürücüsü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 28-də saat 22:35 radələrində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, motosikletdə sürücü ilə yanaşı daha iki sərnişin olub. Sürücü işıqforun qırmızı işığında hərəkəti davam etdirərək yolayrıcına daxil olub. Bu hərəkəti ilə o, həm özünün və sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atıb.
Kadrlardan, həmçinin motosikletin dövlət qeydiyyat nişanı olmadan və arxa işıq cihazı işləməyən vəziyyətdə idarə edildiyi görünür. Bundan başqa, nə sürücü, nə də sərnişinlər qoruyucu dəbilqədən istifadə ediblər.
Qeyd edək ki, qanunvericiliyə əsasən motosikletdə sürücü ilə yanaşı yalnız bir sərnişinin daşınmasına icazə verilir. İşıqforun qadağanedici işığında hərəkət etmək, dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsini idarə etmək, xarici işıq cihazları nasaz vəziyyətdə hərəkət etmək, eləcə də sürücü və sərnişinlərin qoruyucu dəbilqədən istifadə etməməsi inzibati məsuliyyət yaradır.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












