Soğanın qiyməti iki dəfə bahalaşıb -VİDEO
Türkiyədə soğanın qiymətinin fantastik dərəcədə bahalaşması Azərbaycan bazarına da təsirsiz ötüşməyib.
Avtosfer.az-ın məlumatına görə, son 15 gündə soğanın qiymətində 2 dəfəyədək bahalaşma müşahidə edilir. Soğan satışı ilə məşğul olanlar məhsulun bahalaşmasını Türkiyəyə ixracın artması və nəticədə yerli bazarda soğana tələbin çoxalması ilə izah edirlər.
Türkiyədə soğanın qiyməti sürətlə artaraq bir kiloqramı bəzi satış yerlərində 6 lirəni, yəni Azərbaycan valyutası ilə 2 manatı ötüb. Bu isə Azərbaycanda soğan istehsalçıları üçün yeni və əlverişli şərait yaradıb. Amma Türkiyəyə soğan ixrac edilməsi Azərbaycanın daxili bazarında da bu məhsulun bahalaşmasına səbəb olub.
Bazar satıcılarının dediklərindən belə nəticəyə gəlirik ki, ölkədə istehsal olunan soğan daxili tələbatı ödəməyə ancaq çatır. Belə bir halda bu məhsulun xaricə ixrac olunması daxili bazarda bu məhsula tələbatı artdırdığından qiymətlər sürətlə bahalaşıb.
Məsələ ilə bağlı Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev "Xəzər Xəbər"ə bildirib ki, son bir ayda Türkiyəyə Azərbaycandan soğan ixracı həyata keçirilir. Və ixrac həcmi getdikcə artır. Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə daha çox "qavrış", Rusiya və Hollandiyanın "beyo" sortu olan soğanlar aparılır. Soğanın ixrac qiyməti isə 38-40 qəpikdən hesablanır. Azərbaycandan Türkiyəyə aparılan soğanın həcminə gəldikdə isə, bu, gələn ayın 1-ci yarısında bəlli olacaq.
Onu da qeyd edək ki, bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyi soğan ixrac edən sahibkarlara müraciət ünvanlayıb. Qeyd olunub ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə bu ölkəyə xaricdən soğan daxil olmasını məhdudlaşdırma çərçivəsində Azərbaycandan ixrac edilən soğanın "zərərli risk analizi"nin aparılması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və uyğun şərtlər daxilində Türkiyəyə soğanın ixracına icazə verilib. Ölkəmizdən bu ölkəyə aparılması nəzərdə tutulan kartofda gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərin olmamasına xüsusi diqqət yetirilir. Sahibkarların da bu məqamı nəzərə almaları xahiş olunub.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












