Vətəndaş şikayət etdi: iki sürücü cərimələndi - FOTO - VİDEO

Vətəndaşlardan biri keçən ilin dekabr ayının 17-də Yeni Yasamal qəsəbəsi, Xiyabani küçəsində 02 BX 996 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğunu əks etdirən videogörüntü paylaşmışdı və həmin sürücüdən DYP rəsmilərinə şikayət etdiyini bildirmişdi.
Maraqlısı odur ki, 24 dekabr tarixində də həmin küçədə 10 AP 079 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü də eyni qaydanı pozmuşdu və ondan da rəsmi şikayət olunmuşdu.
Şikayət məktubları aidiyyatı üzrə Yasamal RPİ DYP şöbəsinə yönləndirilib artıq cavab məktubları vətəndaşa təqdim olub. Hər iki sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi ilə (100 manat, 4 bal) protokol tərtib olunduğunu öz əksini tapıb. Maraqlısı odur ki, bu videolar sosial şəbəkələrdə paylaşılan zaman əksəriyyəti rəylərdə "AP" seriyalı avtomobilə protokol tərtib edilməyəcəyi fikrində idi.
Avtosfer.az olaraq bütün vətəndaşlara qarşı eyni mövqedə dayandıqlarına görə Yasamal RPİ DYP şöbəsinin səlahiyyətlilərinə öz təşəkkürümüzü bildirir, sürücüləri isə qaydaları pozmamağa səsləyirik. Videogörüntüləri və cavab məktublarını təqdim edirik:
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














