“Aurus” dan imtina edən təkcə Kim Çen In deyil - FOTO

Bu günlərdə dünya mediası Şimali Koreya liderinin avtomobilini yenidən dəyişdiyi barədə məlumat verdi. Qapalı ölkənin rəhbəri tədbirə bahalı “Maybach”la getmişdi.
Əslində burada qeyri-adi heç nə yoxdur. In da babası və atası kimi “Mercedes” aşiqidir. Lakin bu dəfə vəziyyət bir qədər fərqlidir.
Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın rəhbərinə “Aurus” hədiyyə etmişdi. Inın bu avtomobillə vacib tədbirlərə getməsini Rusiya mediası gen-bol reklam elədi.
Bundan sonra (mayın ortalarında) Rusiyada bir qrup “fəal” ortaya “niyə müttəfiqimiz olan Belarusun rəhbəri bu maşından istifadə etmir?” sualını ortaya atdılar. Belarus tərəfindən bu suala cavabı ölkənin Rusiyadakı səfiri Dmitri Krutoy verdi. Diplomat bildirdi ki, bunun üçün ilk növbədə avtomobil münasib qiymətə təklif edilməlidir.
Rusiya saytlarında avtomobilin minimal qiyməti 700 000 manat göstərilir. Bu da Avropanın bir çox lüks avtomobilindən daha bahadır. Çin istehsalı olan “Honqqi” təxminən 150 min dollara təklif edilsə də, komplektasiyasına görə “Aurus”dan geri qalmır.
Hazırda Belarus Prezidenti Aleksandr Lukaşenko “Mercedes-Maybach” limuzinindən istifadə edir. Amma onun vaxtaşırı “Belaz” avtomobilləri və “Belarus” traktorlarının sükanı arxasında da görmək mümkündür.
Vüqar Yaşaroğlu
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI

















