Avtomobilin salonunda ən çirkli detal: heç kim təmizləmir

Avtomobilin yuyulması prosesi adətən belədir: kuzov yuyulur, təkərlər qaraldılır, salon və yük yeri təmizlənir, vəssalam. Lakin salonda bir detal var ki, bunu demək olar heç kim təmizləmir.
Avtosfer.az xəbər verir ki, avtomobilin salonunda ən çirkli detal sükandır. Bura hər gün sürücü əllə təmas etdiyi üçün çirk yığılır, yağ təbəqəsi əmələ gəlir. Bəzi sürücülər bunu yaş salfetlə təmizləyir. Lakin bu doğru deyil. Salfetdəki kimyəvi maddələr sükanın örtüyünü korlayır, lakin təmizləmir.
Ən rahat və səmərəli üsul isə təmiz bez parçası, qabyuyan maye və ilıq sudan istifadə edərək təmizləməkdir. Qabyuyan maye suda həll edilir, alınan köpük sükanın bütün səthinə sürtülür. Burada ifrat çox sudan istifadə edilmədikdə heç bir təhlükə yoxdur. 10-15 dəqiqə gözlədikdən sonra sükan təmiz suda isladılmış əski ilə yuyulur. Sonra isə qurulanır. Bu yolla yağ təbəqəsi aradan götürülür, sükanda sürüşkənlik aradan qalxır. Bu proseduru 2-3 ayda 1 dəfə etmək kifayətdir.
Vüqar
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK










