Avtomobilin tezliklə xarab olacağını xəbər verən gizli işarələr

Müasir avtomobillər "Check Engine" kimi qabaqcıl özünü diaqnostika sistemləri ilə təchiz edilib ki, bu da sahibləri yaranmış nasazlıqlar barədə dərhal xəbərdar edir. Bununla belə, nəqliyyat vasitəsi ilə bağlı yaxınlaşan problemləri göstərən və nəzərdən qaçırılmamalı olan digər həyəcan siqnalları da var.
Avtosfer.az-ın Lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtobloqer İqor Şaqapov xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, yürüş zamanı kənar səslər və ya vibrasiyalar hiss edilərsə, diqqətli olmaq lazımdır.
"Hətta xoşagəlməz səs yalnız bir dəfə, məsələn, tıxacda dayanarkən meydana çıxıbsa və hərəkət zamanı hər şey normal görünürsə belə, bu, dərhal texniki xidmət məntəqəsinə (TXM) getmək üçün ciddi səbəbdir. Bu simptom avtomobilin hər hansı bir hissəsinin və ya aqreqatının düzgün işləmədiyini göstərir. Bəlkə də hələlik bu kiçik bir şeydir, lakin gələcəkdə daha ciddi problemlərdən qorunmaq üçün dərhal etibarlı avtomobil servisində diaqnostika aparmaq və bunun səbəbini aradan qaldırmaq lazımdır", - deyə Şaqapov vurğulayıb.
Mütəxəssis əlavə edib ki, hətta TXM-də kritik problemlər aşkar edilməsə belə, təcrübəli ustalar vəziyyətin pisləşməsinin və bahalı təmirin qarşısını almaq üçün nələrə diqqət yetirmək lazım olduğu barədə məsləhətlər verəcəklər:
"Oxşar yanaşma avtomatik ötürmələr qutusunun qeyri-tipik davranışı - ləngimə və ya kəskin keçid, xüsusilə də diapazon boyu yuxarı-aşağı keçidlər zamanı "əsəbi" işləməsi halında da tətbiq edilməlidir".
O, həmçinin transmissiya yağının nə vaxt dəyişdirildiyinə və avtomatik ötürmə qutusunun profilaktikasını nə zaman apardığınıa diqqət etməyi çağırıb.
"Əgər müddətlər yaxınlaşıbsa və ya uzun müddətdir ki, TXM-ə baş çəkməmisinizsə - daha ciddi simptomlara qədər gözləmədən bunu dərhal edin", - deyə avtobloqer tövsiyə edib.
(oxu.az)
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












