Bu ölkədə hər 10 avtomobildən biri elektriklə işləyir

Danimarkada elektriklə işləyən avtomobillərin ümumi minik avtomobil parkında xüsusi çəkisi ilk dəfə olaraq 10 faizi ötür.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə “Mobility” avtomobil idxalçılarının ticarət assosiasiyasının məlumatında bildirilir.
Avqustda ölkədə 7050 yeni elektrik avtomobili satılıb ki, bu da aylıq avtomobil satışının 55 faizini təşkil edib.
“Mobility”nin idarəedici direktoru Mads Rörviqin sözlərinə görə, Danimarkadakı vergi güzəştləri daha çox danimarkalını elektrik avtomobilləri seçməyə təşviq edib. Eyni zamanda, hazırda kifayət qədər gediş ehtiyatı olan bir sıra elektrik avtomobili var, onların bəziləri isə qiymət diapazonlarında əlçatandır, bu da vacibdir. “Alıcıların gediş ehtiyatı ilə bağlı narahatçılığı tezliklə yox olacaq, çünki şarj stansiyaları daha çox olacaq və avtomobillər daha uzun müddət sürə biləcəklər”, - deyə Mads Rörviq qeyd edib.
Önümüzdəki illərdə Danimarkada elektrikli avtomobillərin satışı daha da artacaq. Çünki Aİ-nin qərarına əsasən, 2035-ci il yanvarın 1-dən etibarən Avropa İttifaqında yalnız sıfır karbon qazı emissiyası olan avtomobillər istehsal edilməlidir.
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












