Hansı maşınlar yanmağa daha meyllidir, və ya “Prius”ların daha bir riski

Son aylarda elektromobil yanğınları ilə bağlı xəbərlər avtomobil saytlarında ciddi müzakirə olunur. Bir çoxları belə hesab edir ki, elektromobillər tez alışır. Sən demə, belə deyilmiş.
Avtosfer.az xəbər verir ki, ABŞ-ın AutoInsuranceEZ şirkəti sığortaçıların statistik məlumatları əsasında nəqliyyat vasitələrində yanğınları araşdırıb. Ortaya tam fərqli mənzərə çıxıb.
Məlum olub ki, ölkədə satılan hər 100 min elektromobilə cəmi 25 yanğın hadisəsi düşdüyü halda, benzin mühərrikli avtomobillərdə rəqəm 1530-dur.
İnin maraqlı tərəfi hibrid avtomobillərlə bağlıdır. Hər 100 min hibridə 3475 yanğın hadisəsi düşüb. Səbəblər də maraqlıdır.
Yanacaqla işləyən avtomobillərdə yanğının əsas səbəbi sızma və ya qısaqapanmadır. Hibridlərlə bağlı isə hələlik yekun rəy olmasa da, versiyalar mövcuddur.
Əsas versiyaya görə, səbəb batareyanın kəskin qızması və proqram təminatının istilik rejimini düzgün tənzimləyə bilməməsidir. Bu ifrat qızma əksər hallarda hərəkətə təzə başlayarkən uzun müddət aşağı sürətlə, əsas mühərrik işə düşmədən hərəkət edərkən baş verir.
Bu məsələyə əvvəllər toxunsaq da, bir daha mövzuya qayıtmaq yerinə düşər: bir çox sürücü hibrid avtomobildə yanacağa qənaət xatirinə çox aşağı sürətlə hərəkət edir. Əgər amerikalıların yanğınla bağlı versiyası doğrudursa, deməli “tısbağa rejimli” Prius sürücüləri həm də potensial yanğın mənbəyidir. Nəzərə alaq ki, elektromobil və hibrid avtomobillər yandıqda onları adi odsöndürən balonla söndürmək mümkün deyil.
PS. Bu xəbər hansısa avtomobil istehsalçısına qarşı yönəlməyib. Bu və ya digər modelin qeyri-normal şəraitdə istismar edilməsinə görə istehsalçı şirkət məsuliyyət daşıya bilməz.
Vüqar Yaşaroğlu
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu










