Kim Çen In rus "Aurus"unu yeni "Mercedes Maybach"a dəyişdi

Kim Çen In rus "Aurus"unu yeni "Mercedes Maybach"a dəyişib. Britaniyalı jurnalistlər Koreya Mərkəzi Televiziyasının videogörüntüsünə diqqət çəkiblər: daşqından zərər çəkmiş ərazilərə səfər zamanı dövlət başçısı daha bir lüks avtomobil nümayiş etdirib. Videoya əsasən, söhbət ABŞ-də yenilənmiş "Mercedes Maybach GLS 600"dən gedir.
Avtosfer.az bu barədə dailystar.co.uk portalına istinadən xəbər verir.
Xaricdə bu cür yolsuzluq avtomobillərinin qiyməti 178 450 dollardan başlayır.
Mart ayında Şimali Koreya lideri Rusiya tərəfdən hədiyyə aldığı zirehli limuzin - "Aurus Senat"a keçmişdi. Sonra Vladimir Putinin Pxenyana səfəri zamanı ona "Aurus Senat" verildi. Bir müddət Kim Çen In müntəzəm olaraq "Aurus"dan istifadə edirdi, lakin indi "Mercedes-Benz" məhsullarına qayıdır.
Sanksiyalara baxmayaraq, Şimali Koreya liderinin avtomobil parkında çox nadir və bahalı modellər - "Mercedes Maybach S 650,2019", "Mercedes Maybach S 650 Pullman", restaylinq edilmiş "Mercedes Maybach GLS", zirehli "Mercedes Maybach 57" və yeddinci nəsil "Rolls-Royce Phantom" var. Yeni yolsuzluq avtomobili 2024-cü il model sırasına aiddir və böyük işıqlarına görə, əvvəlcə Şimali Amerika bazarı üçün nəzərdə tutulmuşdu.
(oxu.az)
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












