Moskvada sürücülük vəsiqəsi ilə bağlı qoyulan qadağaya Azərbaycandan REAKSİYA
Avtoxəbər
17 İyun 2021 17:14

“Azərbaycanın verdiyi sürücülük vəsiqələri Rusiyada tanınır”. Bu sözləri Lent.az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib. O bildirib ki, bir neçə ildir ki, artıq Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb: Azərbaycanın milli sürücülük vəsiqəsi dünyanın bir çox ölkələrində, o cümlədən də Rusiyada tanınır. Bu ölkədə həmin vəsiqə ilə fərdi qaydada avtomobil idarə etmək mümkündür. Moskvada taksi fəaliyyəti ilə bağlı verilən qərar isə Rusiya qanunvericiliyinə aid bir məsələdir. Tələb edirlər ki, bu fəaliyyətlə məşğul olmaq istəyənlər mütləq Rusiyanın sürücülük vəsiqələrini əldə etməlidirlər. Ancaq bunun orada fərdi maşın sürən azərbaycanlılara heç bir aidiyyəti yoxdur. Moskva Nəqliyyat Departamentinin bu qərarı Azərbaycan Dövlət Yol Polisi İdarəsinin verdiyi sürücülük vəsiqələrinin Rusiyada tanınmaması anlamına gəlməməlidir”.
***
Saat: 15:00
Moskva Nəqliyyat Departamenti paytaxtın taksi fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə xəbərdarlıq məktubu göndərib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, şirkətlərə tapşırılıb ki, əcnəbi sürücülük vəsiqəsi ilə işləyənləri şəbəkədən xaric etsinlər. Artıq bu gündən bu qayda qüvvəyə minib. Məlumatda o da deyilir ki, şirkətlər qaydalara əməl etməyəcəyi təqdirdə bu qanun pozuntusu hesab olunacaq və iş prokurorluğa göndəriləcək.
Qeyd edək ki, hazırda Moskvada yerli və başqa millətlərlə yanaşı xeyli sayda azərbaycanlı da taksi fəaliyyəti ilə məşğul olur. Bu qadağa minlərlə azərbaycanlını işsiz qoya bilər.
Oxunub : 6006
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
9 Oktyabr 2026 14:48
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
8 Oktyabr 2026 23:59
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
ŞƏRH YAZ












