Naxçıvan Nazirlər Kabineti 350 minlik avtomobillər alır
Avtoxəbər
2 Yanvar 2025 14:11

Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti xidməti minik avtomobilləri alır.
Bu barədə Avtosfer.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, satın alınacaq 5 ədəd minik avtomobilinin rənginin qara, istehsal ilinin isə 2024 olması əsas şərtlərdəndir.
Artıq Nazirlər Kabineti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Mepland" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 350 min manat olan müqavilə bağlayıb.
Qeyd edək ki, avtomobilləri Nazirlər Kabinetinə çatdıracaq “Mepland” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Elvin Ənvər oğludur.
Oxunub : 976
DİGƏR XƏBƏRLƏR
18 Noyabr 2026 16:23
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
18 Noyabr 2026 16:18
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
18 Noyabr 2026 10:48
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
17 Noyabr 2026 22:12
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - QİYMƏTLƏR
17 Noyabr 2026 13:18
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq
16 Noyabr 2026 17:46
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
16 Noyabr 2026 14:36
ABŞ-nin Bakıdakı səfirliyi əşyaları və avtomobilləri ucuz qiymətə satışa çıxardı - FOTOLAR
16 Noyabr 2026 13:18
Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO
16 Noyabr 2026 11:36
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
16 Noyabr 2026 08:00
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
13 Noyabr 2026 18:46
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
13 Noyabr 2026 17:54
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
ŞƏRH YAZ












