Rusların yeni elektromobili Tesladan baha oldu

Rusiyanın media qurumları bir neçə gün əvvəl yeni Lada e-Largus modelini təmtəraqla təqdim etdi. Dünyada analoqu olmayan, tam yerli istehsal və s. tipli ənənəvi epitetlər də təqdimatda yer aldı. Lakin nədənsə qiymət məsələsi xatırladılmadı. Səbəbsiz deyilmiş.
Avtosfer.az xəbər verir ki, yeni elektromobilin qiyməti artıq məlum olub. 2004-cü ilin Renault Logan avtomobili bazasında yaradılmış elektromobilin yük versiyasının (furqon) qiyməti təxminən 4 milyon rubldur, başqa sözlə 42 500 dollar.
Maşını dövlət subsidiyası ilə 3 milyon rubla, yəni 32400 dollara almaq mümkündür. Müqayisə üçün deyək ki, bazarda Tesla 3 heç bir subsidiya və endirim olmadan 35 000 dollara təklif edilir.
Nəzərə alaq ki, elektromobilin sərnişin versiyası bir neçə min dollar daha baha olacaq. Bu da bir daha göstərir ki, hansısa modelin bazarda yer tutması üçün keyfiyyətlə yanaşı qiymət münasibliyi də vacibdir. Bunun əvəzinə hökumətdən hansısa məhdudlaşdırıcı tədbir tələb etmək tipik sovet yanaşmasıdır.
Sizcə, Çin detalları ilə, köhnə fransız avtomobilin bazasında yaradılmış elektromobil Teslanın, yaxud elə Çin elektromobillərinin qarşısında duruş gətirə biləcəkmi?
Vüqar Yaşaroğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












