“Volkswagen” 15 mindən çox işçisini ixtisar edə bilər – “Bloomberg”

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” zavodlarının bağlanması ilə əlaqədar 15 mindən çox işçisini işdən çıxara bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Jefferies” maliyyə şirkətinin analitiklərinin məlumatlarına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, “Volkswagen”ə təxminən 4,4 milyard dollara başa gələ bilər.
Agentlik əlavə edib ki, son vaxtlar “Volkswagen” Amerika şirkəti “Tesla” və bəzi Çin avtomobil istehsalçıları, o cümlədən BYD tərəfindən böyük rəqabətlə üzləşib.
Qeyd edək ki, bundan əvvəl də “Bloomberg” agentliyi “Volkswagen” və “Volvo” da daxil olmaqla, avropalı avtomobil istehsalçılarının elektrikli avtomobillərin istehsalında Amerika və Çin rəqiblərinə uduzmaq riski ilə üzləşdiklərini bildirmişdi.
(yeni.avaz)
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












