Yeni "Hyundai Tucson": Yolsuzluq avtomobilinin yenilənmiş versiyası istehsal olunur

Qazaxıstanda yenidən qurulmuş "Hyundai Tucson" yolsuzluq avtomobilinin istehsalına başlanılıb. Quraşdırma "Astana Motors" qrupunun tərkibindəki "Hyundai Trans Kazakhstan" müəssisəsi tərəfindən həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yenilənmiş modelin qiyməti 14.2 milyon tengedən (təxminən 50 280 manat) başlayır. Əsas konfiqurasiyada avtomobil 150 at gücünə malik iki litrlik "atmosfer" mühərriki, altıpilləli avtomatik transmissiya və ön ötürücü ilə təchiz olunub. Yolsuzluq avtomobili həmçinin təhlükəsizlik yastıqları, iki zonalı iqlim nəzarəti və 12.3 düym diaqonallı media sistemi displeyi ilə təchiz edilib. Yenilənmiş versiyada avtomobilin interyeri dəyişdirilib.
Qeyd olunur ki, "Hyundai Tucson" brendin Qazaxıstanda satış lideridir.
(oxu.az)
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












