Yeni nəsil Mercedes-Benz S-Class “sığır testini” keçə bilməyib - VİDEO

İspaniyanın km.77 nəşrinin mütəxəssisləri yeni nəsil Mercedes-Benz S-Class sedanının dizel versiyasını sınaqdan keçiriblər. “Sığır testi” zamanı flaqman sedanı gərək olan yerdəyişmələri 77 km/saat sürəti ilə yerinə yetirə bilməyib.
Xatırladaq ki, bu sınağın əsas mahiyyəti qəflətən qarşıya çıxan maneədən qaçmaq üçün edilən ani yerdəyişmə zamanı avtomobilin dayanıqlılığının yoxlanılmasıdır. Buna başqa adla “Sığır testi” də deyirlər. «Uğursuzluq» dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Uğurlu nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 77 km/saat sürəti ilə keçməsi gərəkdir.
İspan nəşrinin mütəxəssislərinin növbəti sınaq obyekti Mercedes-Benz S 400 dizel sedanı olub. Bu sedan standart Airmatic pnevmatik asqısı ilə təchiz edilmişdi. Mütəxəssislər “isitmə” dövrələrindən imtina edərək, dərhal treki “uğurlu” 77 km/saat sürətilə keçməyə qərar veriblər. Lakin avtomobil konuslardan yaradılmış dəhlizə qayıda bilməyib və bu səbəbdən də uğursuzluqla üzləşib.
Növbəti cəhddən əvvəl mütəxəssislər S-Class modelinin asqısının hündürlüyünü 17 millimetr azaldan və onu daha sərt hala gətirən Sport + rejimini seçiblər. Əlavə olaraq, bu seçim sükan idarəetməsini yaxşılaşdırıb. Bu tənzimləmələr sayəsində sedan yerdəyişmələri 74 km/saat sürətilə keçərək yaxşı nəticəni əldə edib. Lakin 76 km/saat sürətilə həyata keçirilən növbəti cəhd uğursuz olub - Mercedes bir neçə konusu vuraraq yıxıb.
Testlər nəticəsində nümayəndəlik sedanı c uğurla başa çatdıra bilməyib. Buna baxmayaraq, mütəxəssislər sedanın manevrlər zamanı nümayiş etdirdiyi proqnozlaşdırıla bilən davranışını, adekvat reaksiyalarını və stabilizasiya sisteminin düzgün müdaxiləsini qeyd ediblər.
İyun ayının əvvəlində km.77 nəşri 2021-ci model ilinin Lexus LS 500h sedanının “sığır testini” keçirib. Yapon nümayəndəlik sedanı maneəni qüsursuz yalnız 71 km/saat sürətilə keçə bilib./autograph
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










