Reklam

Ağstafada COP29-la bağlı tədbir keçirildi - FOTO - VİDEO

COP29 29 İyun 2024 15:31 Oxunub 732
Ağstafada COP29-la bağlı tədbir keçirildi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağstafada ölkəmizdə baş tutacaq COP29-a dəstək məqsədilə “Təmiz oyunlar” beynəlxalq ekokönüllülülk layihəsi çərçivəsində yarış keçirilib.

Avtosfer.az xəbər verir ki, “Gənclərin Töhfəsi” İctimai Birliyinin Gəncliyə Yardım Fondunun dəstəyi, Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə rayonun Kolxəlfəli kəndi ərazisində keçirilən ekokönüllülük yarışında hər birində 4 nəfərdən ibarət 12 komanda iştirak edib.

Ağstafa RİH başçısı Seymur Orucov bu cür yüksək əhəmiyyət daşıyan ekoloji tədbirə könüllü qatılan hər bir komandanın üzvlərinə təşəkkürünü bildirərək onlara uğurlar arzu edib. Qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz adına növbəti tarixi qələbədir. Bu qərar ölkəmizə göstərilən yüksək etimadın parlaq təzahürüdür. Ölkəmizdə ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində icra olunan tədbirlər, eyni zamanda, genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi ekoloji mühitin əsaslı şəkildə sağlamlaşmasını təmin edib.

Yarışın yekununda ən çox çeşitlər üzrə ətraf mühit tullantısı toplayan komandalar - “Ağstafa Gəncləri” 1-ci, “Poylu-2” 2-ci və “9 Noyabr” 3-cü yerə layiq görülüblər. Yüksək yerləri tutan hər üç komandanın üzvləri diplom və hədiyyələrlə təltif olunublar. Digər komandaların üzvlərinə isə müvafiq sertifikatlar təqdim olunub.

(qafqazinfo)

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh