Alparslan Bayraktar COP29-da nüvə enerjisi hədəflərindən danışdı

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərini açıqlayıb.
Bu barədə Avtosfer.az Türkiyənin "Haber Global" kanalına istinadla xəbər verir.
Nazir bildirib ki, Türkiyə Sinop və Trakya bölgələrində daha iki atom elektrik stansiyası inşa etməklə enerji portfelini daha da gücləndirəcək.
"Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyunun tikintisi sürətlə davam etdiyi vaxt, Sinop və Trakyada planlaşdırılan iki yeni stansiya layihəsi də enerji portfelimizi gücləndirəcək. Ümumi gücü 4,8 giqavat olan Akkuyu AES-in 2028-ci ilin sonuna qədər tam gücü ilə işə düşməsi gözlənilir. Akkuyu ölkənin elektrik ehtiyacının 10 faizini təkbaşına qarşılaya biləcək", - deyə o bildirib.
O, nüvə enerjisinin dünyada təmiz enerji mənbəyi kimi getdikcə daha çox maraq qazandığını vurğulayıb.
"Ötən il Dubayda keçirilən COP28-də 25 ölkə "Nüvə enerjisini üçqat artırma Bəyannaməsi"ni imzalamışdı. Türkiyə olaraq biz də Bakıda davam edən COP29-da bu bəyannaməyə imza atan ölkələr sırasına daxil olduq. Bəyannaməni təsdiqləyən ümumi ölkə sayı da 31-ə çatdı. Bəyannamə texnologiyanın inkişafı, insan potensialının artırılması və maliyyələşdirmə imkanlarının genişləndirilməsinə də xidmət edəcək. Dünyada nüvə enerjisinə maraq artdığı bir vaxtda, 31 ölkədə ümumilikdə 415 nüvə elektrik stansiyası var. Qlobal nüvə gücünün 2050-ci ilə qədər 1 200 giqavata çatdırılması hədəflənir. Bu kontekstdə Türkiyənin 20 giqavatlıq hədəfi regional güc olma baxışı ilə üst-üstə düşür", - deyə o bildirib.
(oxu.az)
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











