AMB COP29-la bağlı planlarını elan edib

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar".
Avtosfer.az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Şahin Mahmudzadə bildirib.
"Birinci istiqamət ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bura həm "yaşıl" istiqrazların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyən edilməsi və hüquqi infrastrukturun yaradılması daxildir.
İkinci istiqamət dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. Bu da xüsusən bank sektoruna aiddir.
Üçüncü istiqamət hesabatlılıq formasının müəyyənləşdirilməsidir.
Dördüncü istiqamət ümumilikdə ekosistemi dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlamaqdır. Biz COP-29-la bağlı gündəliyimizi sürətləndirmişik və bəzi işləri önə keçirmişik", - deyə o qeyd edib.
"Sessiya ilə bağlı digər məsələ bu tədbirə ev sahibliyi edən ölkə kimi təşəbbüslərin formalaşdırılmasına dəstək verməkdir. Burada banklar və "Bakı Fond Birjası" QSC ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur", - deyə AMB rəsmisi əlavə edib.
(report)
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











