AYNA: COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb.
Avtosfer.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, tədbirin ilk 3 günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 123 min sərnişin daşınıb.
Məlumata görə, nəqliyyat vasitələrinin düzgün idarə olunması ilə sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanından H1 ekspres marşrutu ilə “28 May” və H2 ekspres marşrutu ilə “Əhmədli” metro stansiyalarına rahat və təhlükəsiz şəkildə çatdırılıb. Qeyd edək ki, bu daşınmalar ödənişsiz həyata keçirilir.
Qeyd edilib ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Qurumun 1600 əməkdaşı sərnişindaşıma əməliyyatında iştirak edib.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü isə 45 minə yaxın sərnişin şatllarla daşınıb. Növbəti günlərdə də sərnişin daşımalarının yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər davam etdiriləcək.

Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











