Azərbaycan və Çin şirkətləri arasında yaşıl avtomobil sahəsində saziş imzalanıb

COP29 konfransı çərçivəsində Azərbaycan Povilyonunda NIO Çin şirkəti tərəfindən elektrik avtomobillərin gələcəyi mövzusunda təqdimat tədbiri təşkil olunub.
Avtosfer.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva, Çin Xalq Respublikasının Ekologiya və Ətraf Mühit Nazirinin müavini Çjao Yinmin, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elnur Soltanov dünyanın ənənəvi telefonlardan ağıllı telefonlara keçid edildiyi kimi, tədricən qalıq yanacağı ilə işləyən avtomobillərdən də elektrik avtomobillərinə keçid ediləcəyini bildirib.
Çinli nazir müavini COP29-un uğurla başa vurulmasına dair arzularını çatdırıb. O, Çinin iqlim dəyişmələri sahəsində aktiv addımlar atdığını, qlobal miqyasda istifadə üçün elektriklə işləyən avtomobillərin istehsalı sahəsində aktiv işlədiyini qeyd edib: “Çin ötən il 10 milyondan çox elektrik avtomobili istehsal edərək dünyada bu sahədə liderliyini təmin edib.”
Daha sonra Azərbaycan tərəfindən “GreenCar” və Çin tərəfindən NIO şirkəti arasında yaşıl avtomobil sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Qeyd edək ki, əsası 2014-cü ildə Çinin Şanxay şəhərində qoyulan NIO şirkəti dayanıqlı, ağıllı elektrik avtomobillərinin istehsalı ilə məşğuldur.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











