"Bakı Limanının tikintisinin II fazası əsasən konteyner yüklərinə fokuslanacaq" - Taleh Ziyadov

Bakı limanının tikintisinin II fazası çərçivəsində əsasən konteyner yüklərinə diqqət yetiriləcək.
Avtosfer.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.
"Limanda 15 milyon ton aşırma gücünə malik 1-ci faza yekunlaşıb. 2-ci faza isə bizə sonrakı limandan 25 milyon tona qədər yük keçirməyə imkan verəcək. Bunun da əsas hissəsi konteynerlər olacaq. 2-ci fazanın əsas fokusu məhz konteyner yükləridir. Bildiyiniz kimi, həm Çindən Avropaya, həm də Mərkəzi Asiyadan Türkiyəyə gedən yüklərin çoxu konteynerlə daşınacaq. Bu kontekstdə liman ərazisində yeni İntermodal Yük Terminalının tikintisi mühüm əhəmiyyət daşıyır. Çünki həm Çindən, həm də Qazaxıstandan Avropa istiqamətində gedən yüklər bizim limandan keçərək yeni terminalda dəmir yolu və avtomobil nəqliyyatı ilə təyinat yerinə çatdırılacaq. Eyni zamanda terminalda yüklərin anbarlarda saxlanc imkanı da olacaq. Təkcə Qazaxıstanın bizim üzərimizdən keçəcək ixrac potensialı 4 milyon tona yaxındır. Eyni zamanda Çindən Avropa istiqamətində gedən yüklər ilkin olaraq 100 min konteynerdən başlayaraq 300 min konteynerə qədər artacaq",-deyə o qeyd edib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











