Bakı metrosunda COP29 könüllüləri fəaliyyətə başladı

"Bakı metropolitenində COP29 könüllüləri fəaliyyətə başlayıb".
Avtosfer.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə Bakı metropolitenində könüllülər fəaliyyətə başlayıb.
"Bununla əlaqədar COP29 Əməliyyat Şirkətinin layihəsi əsasında seçilmiş 100 könüllü metropolitenin 10 stansiyasında xidmət göstərirlər.
Bununla əlaqədar bütün təşkilati məsələlər, o cümlədən, könüllülərin təlim keçməsi və təlimatlandırılması prosesi təmin edilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd sərnişin məmnunluğunu, habelə COP29 iştirakçılarının metro nəqliyyatından rahat və təhlükəsiz istifadə etməsini təmin etməkdir.
Könüllülər noyabr ayının 22-dək 10 metropoliten stansiyasında növbəli rejimdə fəaliyyət göstərəcəklər. Onlar "Koroğlu" ilə yanaşı, "Qırmızı xətt"in "İçərişəhər", "Sahil", "28 May", "Gənclik", "Nərimanov", "Yaşıl xətt"in "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 Yanvar" stansiyalarında çalışacaqlar.
Könüllülər əcnəbi, eləcə də, metrodan az istifadə edən sərnişinlərə COP29 məkanlarına gediş-gəliş və digər faydalı və zəruri məlumatları təqdim edəcəklər. Onların əsas fəaliyyətinə metrodan istifadə, o cümlədən, sərnişinlərin vəzifələri, hüquqları və qadağalar, gediş haqqının əldə edilməsi və ödənilməsi, habelə digər qaydalar barədə zəruri məlumatların verilməsi daxildir.
Bundan savayı, müraciət edənlərin paytaxtın zəngin mədəni irsi, xüsusən də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətləndirmə vasitələri könüllü proqramının tərkib hissəsidir.
Könüllülərin daha səmərəli fəaliyyətini təmin etmək, həmçinin stansiyalara daxil olan sərnişinlərin onları daha rahat müəyyən edərək yaxınlaşması məqsədilə qeyd edilən stansiyalarda məlumat köşkləri yerləşdirilib.
Bütün dövr ərzində könüllülər metropoliten əməkdaşları ilə vahid komanda kimi çalışaraq, zəngin təcrübə toplayacaq və həmçinin onların metropolitenlə daha yaxından tanış olmasına, gələcək karyera yüksəlişində bu məlumatlardan istifadə etməsinə də şərait yaradılacaq", - sədr müavini qeyd edib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











