Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək

Bakıda noyabrın 17-də COP29 konfranslarına paralel olaraq biznes və dövlət sektoru üçün ən böyük tədbir olan 15-ci Dünya İqlim Sammiti keçiriləcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu forum enerji, nəqliyyat, tikinti, sənaye, maliyyə və təbiət sahələrində dekarbonizasiya səyləri üçün həlledici əhəmiyyət kəsb edən vacib sektorlarda ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır.
Hazırkı sammit 2030-cu ilə qədər enerji keçidi hədəflərinə nail olmaq, eləcə də 2050-ci ilə qədər sıfır emissiyalı və ətraf mühitə müsbət təsirli dünya yaratmaq üçün lazım olan siyasət, innovasiyalar və investisiyaların həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsinə yönəlib.
İrəliləyişi sürətləndirmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən maliyyə öhdəliklərini artırmaq çox vacibdir.
Sammitin 90-dan çox ölkədən 2000-dən çox iştirakçını, o cümlədən dövlət başçılarını, ən böyük şirkətlərin rəhbərlərini, ekspertləri və fəalları həm şəxsən, həm də onlayn formatda bir araya gətirəcəyi gözlənilir.
Sammitin əsas mövzusu Paris Sazişinin məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün fəaliyyətlərin sürətləndirilməsi olacaq.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











