Reklam

Bakıdakı hotellərin qiyməti COP29 dövründə ARTACAQ

COP29 11 İyul 2024 11:37 Oxunub 398
Bakıdakı hotellərin qiyməti COP29  dövründə ARTACAQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

11-22 noyabr tarixlərində Azərbaycanda beynəlxalq COP29 tədbiri keçiriləcək. 80 minə yaxın əcnəbinin ölkəyə gəlişi gözlənilir. Heç şübhəsiz ki, belə olan halda hotellərin hazırlığı məsələsi olduqca vacibdir. Ümumiyyətlə, qarşıdakı dövrdə qiymətlərin bahalaşacağını, hətta indidən bunun hiss edildiyi ilə bağlı fikirlər səsləndirilir.

Doğrudanmı hotellərin qiyməti bahalaşacaq?

Avtosfer.az xəbər verir ki, modern.az ilk növbədə Dövlət Turizm Agentliyi ilə əlaqə saxlayıb.

Agentliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, bu istiqamətdə görülən ən vacib iş Milli Ulduz Təsnifatından hotellərə ulduz dərəcələrinin verilməsidir:

"Bir neçə gün əvvəl bununla əlaqədar tədbir keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak edib.Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələrinin təyin edildiyini bildirib. Fuad Nağıyev proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin mövcudluğunu diqqətə çatdırıb. O, 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxtın verildiyini və yenidən audit olunacaqlarını qeyd edərək, prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsinin davam etdiyini vurğulayıb. Agentlik sədri qarşıda duran əsas hədəfin COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsi olduğunu və hotelçilik sənayesinin COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün əlindən gələni əsirgəməyəcəyinə inandığını bildirib".

Turizm eksperti Ceyhun Aşurov isə saytımıza açıqlamasında hotellərin qiymətinin qalxmasının təbii olduğunu vurğulayıb:

"Ölkədə 800-ə yaxın hotel var. COP29 konfransı dövründə tələbat artacaq. Qiymətlərin artmasını yanlış bir şey kimi qəbul edirik. Əslində, dünyanın hər yerində böyük tədbirlər, konfranslar keçirilən şəhərlərdə həmin dövrdə qiymətlərin dəfələrlə artmasına şahidlik edirik. Bu məsələlər bazarın tələb və təklifi ilə tənzimlənir. Onlayn satış kanallarından da görürük ki, 11-22 noyabr tarixlərində hotellərin qiymətləri dəfələrlə artıb. Bu, otellərin qiymətlərinin artmasını kəskin adlandırmaq olmaz. Qiymətlər Avropayla müqayisədə eynidir. Nədənsə, bizim üçün tənqidlə qarşılanır. Mən deyərdim ki, qiymətlərin bu cür artması normal qarşılanmalıdır.

Hotellər qonaqları bu qiymətə yerləşdirərkən, düşünməliyik ki, onlar daha çox xərc çəkəcək və vergi verəcək. COP29 kimi tədbirlərdə əsas məqsəd keyfiyyətli formada, Azərbaycanın adına uyğun, onun tanıdılması cəhətdən ciddi nöqsan olmamasıdır. Qiymət məsələsini bazar özü tənzimləyəcək. Bu cür tədbirlər,əslində turizm bazarının da canlanmasına səbəb olur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh